Regionda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan MRT MMC 1 aprel 2009-cu ildən fəaliyyət göstərir. İlk başlanğıcda 20 nəfərlə fəaliyyətə başlayan MRT MMC-nin hal hazırda 100-dən artıq əməkdaşı var. MRT MMC öz prinsiplərinə sadiq qalaraq, müştərilərinə yüksək xidmət və keyfiyyətli məhsullar təqdim edir. Hal hazırda bol çeşidlərinə, sərfəli qiymətlərinə və keyfiyyətli xidmətinə görə MRT MMC regionda tikinti və inşaat materiallarının ən böyük satış mərkəzidir. Bu kimi hallar MRT MMC-nin regionda liderliyini qoruyub saxlamasında böyük rol oynayır. Əsas məqsədimiz Azərbaycanın inşaat materialları bazarında digər satış mərkəzlərilə nisbətdə daha yüksək keyfiyyətli satış xidməti göstərmək və alıcı rəğbətini qazanmaqdır.
MRT MMC hal hazırda 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Satışda geniş çeşiddə inşaat və tikinti materialları, müxtəlif növ kafellər, moydadırlar, duş kabinlər, vannalar, tülpanlar, unitazlar, divar kağızları, asma tavanlar, kombilər, elektrik avadanlıqları, kabellər, boyalar, mebel və hamam aksessuarları, armaturlar, borular, dəmir lövhələr, profillər, sement əsaslı məhsullar, keramika yapışdırıcıları, aralıq doldurma qarışıqları, hidroizolyasiya qarışıqları, istilik izolyasiya məhsulları, gips əsaslı məhsullar, müasir dam örtükləri, lambrinlər, su çənləri, alçipanlar, Avropa qapıları, seyf qapılar, darvazalar və Rusiya Federasiyasından gətirilmiş taxta materialları, döşəmə taxtalar və bruslar satılır.
Qeyd etmək istəyirik ki, MRT MMC Azərbaycan bazarında fəaliyyət göstərən yerli və xarici şirkətlərlə, o cümlədən “Knauf” MMC, “Aka” MMC, “Armada – İEK”, “Biləv İnşaat”, “Çanakkala Seramik”, “Akabe” MMC, “Unimetal” MMC, “Yükseklik LTD”, “Prometal” MMC, “Akkord” MMC, “NORM” MMC, “Qaradağ EZ” MMC, “Mətanət A”, “Unimac” MMC, “Mode Elektrik”, “Prime Brick” MMC, “Turksan LTD” MMC və “Rail Trans Service” MMC şirkətləri ilə sıx əməkdaşlıq fəaliyyəti göstərməkdə davam edir.