Böyük uğurlar heç də asanlıqla və ya təsadüfən əldə olunmur. Uğur qazanmaq üçün öncə uğurun qazanılacağına inanmaq lazımdır. İnanc isə hər hansı bir zərurətdən doğmalıdır. Düzgün strategiya, prinsipial mövqe və təcrübəli iş prinsipi əldə olunacaq uğurların reallaşmasına yönələn əsas amillərdəndir. MRT MMC 12 illik fəaliyyəti dövründə bir çox uğur və nailiyyətlər qazanmış, ölkəmizdə gedən tikinti-quruculuq və abadlıq işlərində yaxından iştirak etmişdir. MRT MMC həmçinin 44 günlük Vətən Müharibəsində arxa cəbhədə fəallıq göstərərək Rəşadətli Azərbaycan ordusuna böyük dəstək olmuşdur. Buna görədə bir çox Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunmuşdur. Həm iş, həmçinində işdən kənar fəaliyyətimizdə qazandığımız uğurlar, bu gün bizə əldə etdiyimiz nailiyyətlərimizi qürurla sadalamağa imkan verir.